Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Kadırov jurnalistləri məhkəməyə verir


Çeçenistan prezidenti Ramazan Kadırov “Novoy qazetı”-nın baş redaktoru Dimitri Muratov və onun bir neçə jurnalistinə qarşı cinayət işi qaldırılmasını tələb edir.

Vəkil Andrey Krasnenkovun sözlərinə görə buna səbəb qəzetdə getmiş “Vyanada güllələnmə“ başlıqlı yazı olub.

Yazıda deyilir ki, Çeçenistan sakini Umar İsrailovun Avstriyada qətlə yetirilməsində prezident Kadırovun əli ola bilər.

Kadırov bu və bir neçə başqa məqalədə ona böhtan atıldığını deyir.
XS
SM
MD
LG