Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Pakistanın xarici işlər naziri Hillari Klintonla görüşəcək


Vaşinqtonda səfərdə olan Pakistanın xarici işlər naziri Mahmud Kureşi bu gün dövlət katibi Hillari Klinton və konqresin üzvlərilə görüşməlidi.

Görüşlərdə ifratçılara qarşı mübarizə və Amerikanın Pakistana yardımı müzakirə olunacaq.

Birləşmiş Ştatlar yaxın 5 ildə Pakistana milyard yarım dollar vermək fikrindədi.

Bu vəsait qeyri hərbi sahələrə sərf olunmalıdı.

Prezident Barak Obama hələlik sənədi imzalamayıb.

Rəsmilər ehtiyat edir ki, yardım korrupsiyalaşmış məmurların əlinə keçə bilər.

XS
SM
MD
LG