Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:25

Azərbaycanlıların xatirə kompleksinə basqın olub


Sevastopolda vandallar şəhərin azad edilməsi zamanı həlak olan azərbaycanlıların xatirə kompleksinə basqın ediblər.

Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının rəhbəri Rəhim Hümbətov məlumat verib. Onun dediyinə görə, abidənin bəzi hissələri dağıdılıb, mərmər plitələr sındırılıb.

Xatirə kompleksi Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Krımın faşistlərdən azad olunmasında iştirak edən 77-ci Azərbaycan dviziyasının xatirəsinə tikilmişdi.
XS
SM
MD
LG