Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:30

A.Əzimov Türkiyənin verdiyi zəmanət haqda


«Türkiyəyə yenidən təzyiqlər başlanıla bilər»
«Türkiyəyə yenidən təzyiqlər başlanıla bilər»
«Daha yaxşı olardı ki, Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılması, Laçın dəhlizinin iki tərəfin istifadəsinə verilməsi və Türkiyə-Ermənistan sərhədlərinin açılması bir paketdə olsun».

Bunu oktyabrın 6-da keçirilən mətbuat konfransında Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.

O bildirib ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından narahatdır və Türkiyə tərəfinin verdiyi bəyanatlar bu narahatlığı aradan qaldırmır.

Araz Əzimovun dediyinə görə, iki ölkə arasında sənədlərin imzalanması bugünədək gündəmdə olmayan bir məsələni ortaya çıxara bilər:

- Türkiyə rəhbərliyi bizə zəmanət verir ki, protokollar imzalanacaq və daha sonra ratifikasiya məsələsi təxirə salınacaqdır. Bizim də rəhbərliyimiz bu bəyanatları eşidib diqqətə alır və deyir ki, biz Türkiyə rəhbərliyinin bu bəyanatlarını qəbul edirik. Lakin protokollar imzalansa, bundan dərhal sonra Türkiyəyə yenidən təzyiqlər başlanıla bilər. Erməni lobbisi yenidən ABŞ Konqresində qondarma erməni soyqırımı məsələsini qaldıra bilər. Və Türkiyə daha sonra məcburiyyət qarşısında qalaraq deyəcək ki, biz bu məsələləri yenidən baxışdan keçirməliyik. Bu da bir imkandır. Ona görə də deyirəm ki, mən şəxsən narahatam, məsələlər çox mürəkkəbdir. Mən istəməzdim ki, belə bir qara rəngli ssenari həqiqətə çevrilsin.

Araz Əzimov onu da deyib ki, münaqişənin həllində Azərbaycan kompromisə getməyə - Dağlıq Qarabağa, orada yaşayacaq iki icmaya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli idaerəetmə verməyə hazırdır. İndi növbə Ermənistanın razılığa gəlməsindədir.
XS
SM
MD
LG