Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 06:59

Şimali Koreya danışıqlara qayıtmaq istəyir

Şimali Koreya nüvə proqramı ilə bağlı 6 tərəfli danışıqlara qayıtmaq istədiyini açıqlayıb, əgər Şimalın ABŞ-la danışıqları nəticə verərsə.

Şimali Koreya lideri Kim Jonq İl bu bəyanatı Pxenyanda Çinin baş naziri Ven Jiabao ilə görüşdə verib.

Aprel ayında Şimali Koreya 6 tərəfli danışıqları tərk etdiyini açıqlayıb, may ayında isə ikinci nüvə sınağını keçirib.

ABŞ Şimali Koreya ilə 2 tərəfli danışıqların mümkün olduğunu, bununla belə Pxenyanın 6 tərəfli danışıqlara qayıtmasına ümid etdiyini bildirib.
XS
SM
MD
LG