Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:28

ABŞ Əfqanıstandan qoşunların çıxarılmasına baxmır


Amerikanın yüksək səviyyəli rəsmiləri Əfqanıstandan qoşunların çıxarılmasına baxıldığını istisna edib.

Oktyabrın 5-də «CNN» televiziyasına müsahibəsində həm ABŞ dövlət katibi Hillari Klinton, həm də Müdafiə naziri Robert Qeyts deyiblər ki, ABŞ-ın Əfqanıstanda əsas məqsədi eyni olaraq qalır - bu «əl-Qaidə» terror şəbəkəsini məhv etməkdir və tezliklə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması perspektivi yoxdur.

Bildirilib ki, prezident Barak Obama ABŞ-ın regionda strategiyasını qiymətləndirmək və yeni addımlar atmağı düşünür.

Hazırda ABŞ-ın Əfqanıstandan 60 mindən artıq qoşunu var.

Obamanın oktyabrın 6-da konqresmenlərlə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
XS
SM
MD
LG