Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

BVF Azərbaycandakı nümayəndəsini geri çağırıb


Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı nümayəndəsini geri çağırıb.

Fondun Azərbaycandakı nümayəndəliyinin məlumatına görə «hazırda BVF-nin Azərbaycanda icraatda heç bir proqramın olmaması səbəbindən və cari xərclərin azaldılması məqsədi ilə Fondun Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandıra bilər. Nümayəndəliyin işi artıq məhdudlaşıb ki, bunun nəticəsində işçilərin bir qismi ixtisar olunub və Azərbaycan hökuməti ilə BVF arasında məsələləri əlaqələndirmək üçün ofisdə nümayəndəliyin bir-neçə işçisi qalacaq».

Azərbaycan 1993-cü ildən BVF-nin üzvüdür.

Bu müddət ərzində BVF Azərbaycan hökumətinə 600 mln. ABŞ dollarından artıq vəsait ayırıb. Azərbaycanın Fondun qarşısındakı hazırkı öhdəliyi 40 mln. dollar təşkil edir ki, həmin vəsait 2014-cü ilədək tam ödəniləcək.

BVF-nin nümayəndəliyə sonuncu dəfə Koba Qvenetadze başçılıq edib.
/APA-ECONOMICS/
XS
SM
MD
LG