Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:16

Yol polisini öldürən şəxsin məhkəməsi başlayıb


Polis əməkdaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 28 yaşlı Rasim Məmmədov məhkəmə qarşısına çıxarılıb. İttiham aktına görə, Rasim Məmmədov bu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində Pirinin yaxınlığında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş serjantı Elçin İsmayılovu mübahisə zəminində döyərək qətlə yetirib.

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, idarə etdiyi «Opel Vectra» markalı maşınla Qubadan Bakıya gələrkən yol polis əməkdaşı tərəfindən saxlanılıb. Yol polisi iş növbəsi bitdiyi üçün sürücüdən onu da Bakıya götürməsini xahiş edib.

Siyəzən ərazisindəki Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə yaranıb. Sürücü yol polisini döyüb və sonuncu aldığı zərbələrdən hadisə yerində keçinib. Hadisə baş verərkən təqsirləndirilən şəxsin qeyri-qanuni arvadı və uşağı da maşında olub.

Zərərçəkmiş tərəfin nümayəndəsi isə məhkəmənin nəzərinə çatdırıb ki, Elçin İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən sürücü tərəfindən döyülərək öldürülüb.
XS
SM
MD
LG