Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:18

Rumıniyada 800 min işçi tətilə çıxıb


Rumıniyada 800 min müəllim, həkim və büdcə təşkilatında çalışan digər işçilər tətilə çıxıb.

Dövlət İşçilərinin Alyansı adlanan həmkarlar İttifaqları birliyi hökuməti maaş qanununa yenidən baxmağa, maaşları kəsməyi, işçiləri ödənişsiz məzuniyyətə göndərməyi dayandırmağa çağırır.

Rumıniya hökuməti Beynəlxalq Valyuta fondu ilə razılaşmaya əsasən sentyabrdan büdcə xərclərini kəsir.

Büdcə xərclərinin ixtisarı Fondun Rumıniyaya 17 milyard dollar kredit verməsinin əsas şərtlərindəndir.

Oktybarın 7-də Buxarestdə həmkarlar ittifaqlarının böyük nümayişi gözlənilir.
XS
SM
MD
LG