Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 00:22

Beynəlxalq müfəttişlər oktyabrın 25-də İrana gedəcək


Beynəlxalq müfəttişlər uran zənginləşdirilməsiylə bağlı İrandakı yeni zavoda oktyabrın 25-də baş çəkəcəklər.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl Baradei bu gün Tehranda deyib.

Məlumatı İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi də təstiqləyib.

İran bu günlərdə Cenevrədə keçirilmiş görüşdə beynəlxalq müfəttişlərin bu zavoda buraxılacağını vəd etmişdi.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG