Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 01:50

İrlandiya Lissabon razılaşmasını qəbul edib


Avropa Birliyinin liderləri İrlandiyada keçirilmiş referendumun nəticələrini alqışlayırlar.

İlkin nəticələrə görə Avropa Birliyinin rəhbər strukturlarında islahatlar aparılmasını nəzərdə tutan Lissabon razılaşması qəbul olunub.

Almaniyanın kansleri Angela Merkel bunun Avropa Birliyi üçün vacib addım olduğunu deyib.

Həmçinin Avropa Parlamentinin sədri Eji Buzek səsvermənin nəticələrini alqışlayıb.

Rəsmi nəticələrin günün sonunda bəlli olacağı gözlənilir.

İrlandiya Avropa Birliyində Lissabon razılaşmasını qəbul etməyən sonuncu ölkəydi.
XS
SM
MD
LG