Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Sentyabr, Cümə, Bakı vaxtı 19:16

Rio de Janeiro 2016-cı ilin olimpia oyunlarının ev sahibi oldu


2016-cı ilin olimpiya oyunlarına ev sahibliyi edəcək namizəd şəhərlər arasında final səsvermədə Braziliyanın ikinci böyük şəhəri Rio de Janeiro qalib gəlib.

Bununla da ilk dəfə olimpiya oyunları Cənubi Afrikada keçiriləcək.

Səsvermənin nəticəsini bu gün axşam saatlarında Kopehagendə Beynəlxalq Olimpiya Komitəsinin yığıncağından sonra Komitənin rəhbəri Jacques Rogge elan edib.

Bu xəbərdən sonra Rio de Janeiroda minlərlə adam Kpakana çimərliyinə axışıb.

Bir qədər əvvəl keçirilən yarımfinalda Çikaqo və Tokyo yarışdan kənarda qalmışdı.

Bir neçə dəqiqə əvvəl isə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin Rio de Janeiro olduğunu elan edib.

Bu gün səhər Danimarkada başlayan səsvermədən əvvəl ABŞ və Braziliyanın prezidentləri, Yaponiyanın baş naziri və İspaniya kralı Kopenhagenə gedərək öz namizəd şəhərlərinin seçilməsini müdafiə etmişdilər.
XS
SM
MD
LG