Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

27 900 adamın qətlində şübhəli olan adamın məhkəməsi başlayır


Almaniya məhkıməsi ukrayna əslli Con Demcancukun işi ilə bağlı məhkəmənin yaxınlarda başlanacağını bildirib. O, nasistlərin düşərgələrində minlərlə adamın öldürülüməsində şübhəlidir.

İttihama görə Demcancuk faşistlərin işğal etdikləri Polşa ərazisində qurulmuş Sobibor ölüm düşərgəsində gözətçi olub. Həmin düşərgə isə 27 900 adam qətlə yetirilib.

Münhen məhkəməsi Demcancukun məhkəmə sənədlərini aldığını və məhkəmənin noyabr ayında başlamasının mümkün olduğunu bildirib.

Indi 89 yaşı olan Con Demcancuk müharibədən sonra ABŞ-da yaşayıb. Özü ittihamı rədd edir. Bildirir ki, sovet ordusunun əsir düşmüş əsgəri olub və heç kimi incitməyib.
XS
SM
MD
LG