Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 03:59

Hakim koalisiya protokolları parlamentdə müdafiə edəcək


Ermənistanda hakim koalisiyadakı üçn pariya Türkiyə ilə əlaqələrin qurulmasını müdafiə etdiyi barədə bəyanat yayıb.

Parlamentdə çoxluğa sahib olan bu koalisiya Ankara ilə Yerevan arasında əlaqələrin bütün siyasi və sosial qrupların, o cümlədən də dünyada yaşayan ermənilərin maraqlarına uyğun olduğu qeyd edilir.

Ermənistanın prezidenti Serj Sarkisyan da Türkiyə ilə əlaqələrin yaradılması barədə Ankara ilə razılaşdırılan protokollara erməni diasporundan dəstək almaq üçün Fransa, ABŞ və Rusiyaya səfərə çıxıb.

Bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədin açılmasına dair protokol bu yaxınlarda imzalanıb təsdiq üçün parlamentlərin müzakirəsinə göndərilməlidir.
XS
SM
MD
LG