Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 12:57

Prezidentin rəhbərlik etdiyi dəstə 8 yaraqlını öldürüb


Çeçenistan prezidentinin şəxsən rəhbərlik etdiyi bir əməliyyatda səkkiz yaraqlı öldürülüb. Ramzan Kadırovun əlaqələndirdiyi əməliyyat bu gün Çeçenistanın cənubunda dağlarda keçirilib.

Kabardin Balkarda baş verən başqa bir atışmada bir polis əməkdaşı və bir yaraqlı öldürülüb. Onlar polis postuna əl qumbaraları və avtomat silahlarla hücum ediblərmiş.

Rəsmi məlumatda deyilir ki, 32 yaşlı prezident Dağıstanla sərhəd boyu ərazilərdə bütün kecə boyu keçirilən əməliyyatları özü şəxsən idarə edib.
XS
SM
MD
LG