Barak Obama 6 güc dövləti ilə İran arasında aparılan danışıqları «konstruktiv başlanğıc» adlandırıb. Bununla yanaşı ABŞ prezidenti İranı Cenevrədə verdiyi vədləri yerinə yetirməyə də çağırıb.
Oktyabrın 1-də Cenevrədə İran rəsmisi Səid Cəlili BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan olan diplomatlarla görüşüb, İranın mübahisəli nüvə proqramını müzakirə ediblər.
İran razılaşıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi yaxın 2 həftə ərzində Qum yaxınlığındakı nüvə zavoduna gəlib baxa bilər.
İran və dünyanın 6 superdövləti, bu ayın axırında yenidən görüşməyə qərar veriblər.