Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:38

Dağ rayonlarında eşşək nəqliyyat vasitəsidir


«Azərbaycanda 46431 eşşək, 88 qatır, 226 dəvə, 73 495 at var. Hələ də dağətəyi rayonlarda eşşək və qatırlardan kənd təsərrüfatı sahəsində nəqliyyat vasitəsi kimi istifadə olunur. Bir çox rayonlarda kartof tarlalarında kultivasiya zamanı ata qoşulan kotandan istifadə edilir».

Bu sözləri AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cingiz Fərəcov deyir.

Onun sözlərinə görə, Azərbaycanda 2 milyon yarım iri buynuzlu heyvan var. Qoyunların sayı isə 8 milyondur. Ölkədə 23 milyona yaxın isə ev quşu var. Azərbaycanda olan dəvəquşuların sayı isə 900-ə çatır.
XS
SM
MD
LG