Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 04:01

İrlandiyada referendum keçirilir


Oktyabrın 2-də İrlandiyada referendum keçirilir. İrlandlar Avropa Birliyində islahatların aparılmasına dair Lissabon müqaviləsinə səs verəcəklər.

Ötən il irlandlar müqaviləni qəbul etməmişdi, bu ikinci səsvermədir.

Lissabon müqaviləsi Avropa Birliyinində qərarların qəbul edilməsi sistemini asanlaşdırmalıdır.

Birliyin 27 ölkəsi arasında İrlandiya Lissabon müqaviləsini referenduma çıxaran yeganə ölkədir. Çexiya və Polşa da bu müqaviləni ratifikiasya etməlidir.

Bu günkü referendumun nəticələrinin şənbə günü açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG