Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Çində Kommunist partiyasının 60 illiyi qeyd edilir


Oktyabrın 1-də Çində Kommunist partiyasının hakimiyyətə gəlişinin və Çin Xalq Respublikasının yaranmasının 60 illiyi qeyd edilir.

Pekində böyük hərbi parad keçirilib. Minlərlə polis və hərbçi paytaxtın mərkəzini bağlayıb. Hərbi paradda Çinin Xalq Azadlığı ordusu son silahlarını, o cümlədən qitələrarası ballistik raketlərini, tank və hücumçu vertolyotlarını nümayiş edib.

60 sal isə Çinin kosmos, ticarət, sənaye və kənd təsərrüfatı sahəsində nailiyyətinə diqqət çəkib.

Prezident Hu Cintao xalqa müraciət edərək, bildirib ki, hakim Kommunist partiyası ölkənin iqtisadi inkişafını «Çinə məxsus xüsusiyyətlərlə sosializm yolunda» davam etdirəcək və 1,3 milyard xalqın sabitliyi və birliyini çalışacaq.

Paraddan əvvəl hökumət təhlükəsizlik məqsədi ilə hökumət insanları evdə qalmağa və bayram şənliyinə evlərində televiziya ilə baxmağa çağırıb.
XS
SM
MD
LG