Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 03:27

Moskvayla Tbilisi Avropa Birliyinin hesabatını müxtəlif cür yozurlar


Moskvayla Tbilisi Avropa Birliyinin Rusiya-Gürcüstan müharibəsilə bağlı hesabatını müxtəlif cür yozurlar.

Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova deyir ki, Moskva müharibəni Gürcüstanın başlamasıyla bağlı komisiyanın qənaətini alqışlayır.

Gürcüstanın reinteqrasiya naziri Temur Lakobaşvili isə deyir ki, hesabat göstərir ki, Rusiya həmişə münaqişəyə hazırlaşırmış.

Hesabatda hər iki tərəfin beynəlxalq hümanitar qanunları pozduğu bildirilir.

Məsələni araşdırmış müstəqil komisiya belə qərara gəlib ki, Gürcüstan ötən il Cənubi Osetiyaya nahaqdan hücüm edərək müharibəyə başlayıb.

Rusiyanın cavabı isə əndazədən çıxıb.

Sonda uzun sürən fitnəkarlıq və gərginlik, 5 günlük müharibəylə nəticələnib və burda məsuliyyətin çoxu Rusiyanın üzərinə düşür.


XS
SM
MD
LG