Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:34

«Hakimiyyət dini qrupları öz idarəetməsi üçün təhlükə sayır»


Katerin Kozman
Katerin Kozman
ABŞ-ın Dini Azadlıqlar Komissiyasının baş analitiki Katerin Kozman «Turan»a müsahibəsində Azərbaycan hökumətinin dini etiqad azadlığı sahəsində siyasətinə qiymət verib:

- Dövlət Departamentinin hesabatlarına əsasən, son illər Azərbaycanda dini fəaliyyət məhdudlaşdırılır. Xüsusən, bir neçə məscid bağlanıb, ayrı-ayrı icmalar təzyiqlərə məruz qalıb və s. Baş verənləri necə qiymətləndirirsiniz?

- Belə təzahürlər, habelə baptist ruhaninin həbsi və «Yahova Şahidləri»nin deportasiyası Azərbaycan hökumətinin indiyədək sovet irsindən azad olmadığına dəlalət edir. Sovet dövründə din daxili təhlükəsizliyə hədə kimi dəyərləndirilirdi və hakimiyyət onu nəzarətdə saxlayırdı. Azərbaycanın əksəriyyəti keçmiş sovet nomenklaturası olan hakim elitası, görünür, dini etiqad azadlığının məhdudlaşdırılması üzrə həmin metodlara qayıdır.

- Azərbaycan Konstitusiyasına əsasən, din və dövlət bir-birindən ayrıdır. Lakin inanclı insanlar hökuməti onlara qarşı siyasi motivli təzyiqlərdə ittiham edirlər. Sizcə, bu təzyiqin məqsədi nədən ibarətdir?

- Görünür, Azərbaycan hökuməti sovet dövrünün dini qrupların ölkənin suverenliyinə təhlükə ola biləcəyi qorxusunun təsiri altındadır. Hökumət yanlış olaraq düşünür ki, müstəqil qruplar hökumətin maraqlarına qarşı yönəlmiş fikir və əməlləri stimullaşdıra bilər. Lakin həm çoxluğun, həm də azlıqların dini azadlıqlarının müdafiəsi insanlara açıq fəaliyyət göstərməyə və gizlin əməllərə əl atmamağa imkan verər.

- Bakıda türk məscidlərinin bağlanmasını necə qiymətləndirirsiniz? Buna qədər İranyönümlü qruplar təzyiqə məruz qalırdı. Sizcə, hökumət dini qrupların köklərinin xaricə gedib çıxmasından ehtiyatlanır?


- Azərbaycan çox diqqətlə xaricdən dini və mədəni təsiri minimuma endirib. Türk məscidlərinin bağlanması təmayülü, görünür, gələcəkdə Türkiyənin təsirinin məhdudlaşdırılması siyasətinin bir hissəsi oldu. Azərbaycan ərazisində türk radio və telekanallarının bağlanmasını da bu siyasətin bir hissəsi hesab etmək olar.

Baxmayaraq ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi olaraq qalır, Azərbaycan hakimiyyəti ölkə əhalisini tam nəzarət altında saxlamağa çalışır və Türkiyə tərəfindən ona istənilən təsir bu nəzarətə təhlükə kimi qiymətləndirilir. Lakin Azərbaycan hakimiyyətini təkcə Türkiyənin təsiri narahat etmir. Bu yaxınlarda dini etiqad azadlığı haqqında qanuna qəbul edilmiş düzəlişlər məscidlərə və hətta dini tədbirlərə xaricdə təhsil alanların rəhbərlik etməsini qanunsuz edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG