Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

İqbal Ağazadə xalq artistlərindən şikayətlənib


«Səhnədə yarım saatlıq çıxışı, yarım saatlıq ifası olmayan adamlara xalq artisti adı verilir. Tarixə - Rəşid Behbudova, Şövkət Ələkbərovaya, Sara Qədimovaya canlı korifey Zeynəb Xanlarovaya baxırsan, düşünürsən onlar da xalq artistidir, bu gün efirə buraxılası heç bir keyfiyyəti olmayanlar da».

Deputat İqbal Ağazadə parlamenti bu ədalətsizliyə son qoymağa çağırır:

«Biz bir neçə deputat Mədəniyyət və Turizm nazirinə, eləcə də onun müavininə bu məsələ ilə bağlı rəsmi məktub da göndərmişik. Muğam sənətində 60 ildir külüng çalan Süleyman Abdulayev heç əməkdar artist də deyil. Dəfələrlə müraciət olunmasına baxmayaraq ona fəxri ad verilmir. Amma bu şit mahnıları ilə camaatı bezdirənlərin adlarını yazıb aparıb prezidentin masası üzərinə qoyurlar. Bu işi hansısa formada qaydasına salmaq lazımdır ki, Azərbaycanda sənəti, sənətkarı doğru-dürüst qiymətləndirmək olsun. Nə etsin, indi Zeynəb xanım xalq artisti adından imtina etsin ki, o da xalq artistidir, sənəti bəlli olmayanlar da?».
XS
SM
MD
LG