Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Xocasən-Bakı yolundakı tıxac avtomobillərin hərəkətini məhdudlaşdırıb


2 saata yaxındır Xocasən-Bakı yolunda davam edən tıxac avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sürücülər AzadlıqRadiosuna bildirib ki, «Binə» və «Sədərək» ticarət mərkəzlərindən mərkəzə gələn yolda təxminən 2 minə yaxın avtomobil tıxacdadır. Yol hərəkəti qaydalarını pozaraq qarşı yola çıxıb tıxacı keçmək istəyən sürücülər isə durumu bir qədər də pisləşdirib. Ərazidə Dövlət Yol Polisinin əməkdaşları da yoxdur.

Dövlət Yol Polisinin mətbuat xidmətinin rəisi Ərəstun Məcidli isə AzadlıqRadiosuna bildirib ki, vəziyyəti stabilləşdirmək üçün tədbirlər görülür.
XS
SM
MD
LG