Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Ailəsi Məhəmməd Qurbanovun başına gələnlərdən xəbərsizdir


20 gündür Naxçıvanın Psixi Xəstəliklər Dispanserində saxlanan 57 yaşlı Məhəmməd Qurbanovla ailəsinin görüşünə hələ də icazə verilmir.

Məhəmməd Qurbanovun xanımı Fəridə İsmayılova AzadlıqRadiosuna deyir ki, saatlarla dispanserin qarşısında görüşə cəhd etsələr də, polis xəstəxananın qapısından içəri daxil olmağa belə icazə vermir.

Ailəsi dispanserdə M.Qurbanovun başına gələnlərdən xəbərsizdir və nə zaman evə buraxılacağı haqda məlumat əldə edə bilmir.

Bu arada isə Naxçıvanda yerləşən Demokratiya və qeyri hökumət təşkilatlarının inkişaf resurs Mərkəzi M.Qurbanovla bağlı müraciət yayıb.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və yerli hüquq müdafiə təşkilatlarına ünvanlanan müraciətdə Naxçıvanda insan haqları sahəsində baş verən qanun pozuntularına ciddi reaksiya verilməsi istənilir.

Kiçik sahibkar, 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları barədə dövlət qurumlarına şikayət etdiyi üçün bu il sentyabrın 11-də Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Psixi Xəstəliklər Dispanserinə yerləşdirilib.
XS
SM
MD
LG