Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:00

Qvineyada 90-a yaxın nümayişçi öldürülüb


53 Afrika ölkəsini birləşdirən Afrika Birliyi Qvineya ordusunun hərəkətini kəskin pisləyib.

Ordu müxalifət tərəfdarlarına atəş açaraq 90 nəfəri öldürüb.

Hadisə bazar ertəsi Qvineyanın paytaxtı Konakridə baş verib.

Müxalifətin mitinqinə 50 minə yaxın adam çıxıb.

Nümayişçilər ölkənin hərbi lideri Musa Kamaranın prezidentlik uğrunda mübarizə aparmaq istəməsinə etiraz bildiriblər.

Kamara deyir ki, atəşi hərbçilərin arasında olan nəzarətsiz elementlər açıb.
XS
SM
MD
LG