Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:44

AB sınağın danışıqlara mane olacağına inanmır


İranın raket sınağının nüvə danışıqlarına mane olacağı ehtimalı azdır. Avropa Birliyinin hazırkı sədri, İsveçin XİN Karl Bildt buna inandığını deyib.

Qərb dövlətləri İranı raket sınaqlarına görə tənqid edib.

Rəsmi Tehranın sınadığı uzaq mənzilli raketlər İsrail və ABŞ-ın Yaxın şərqdəki bazalara zərbə endirməyə qadirdir.

Bu arada oktyabrın 1-də İran və dünyanın altı güc dövləti mübahisəli nüvə proqramını müzakirə edəcəklər.

Qərb İranın nüvə silahı hazırlaya biləcəyindən ehtiyatlanır, İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG