Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:03

NATO baş katibi Əfqanıstana əlavə qüvvə istəyir


Əgər ABŞ və onun müttəfiqləri Əfqanıstanda müharibəni udmaq istəyirsə, bir çox şeyi dəyişməlidirlər. Vaşinqtonda çıxış edən NATO-nun Baş katibi Anders Foq Rasmussen belə deyib.

Rasmussen qeyd edib ki, xüsusi səylər əfqan qüvvələrinin hazırlığına yönəldilməlidir.

Bununla yanaşı baş katib ekstremistlərlə mübarizə üçün Əfqanıstanda əlavə Amerika qüvvəsinin göndərilməsi fikri ilə razılaşıb.

ABŞ prezidenti Barak Obama yaxın vaxtlarda Əfqanıstana əlavə hərbi kontingent göndərməklə bağlı qərar verməlidir.
XS
SM
MD
LG