Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

«Yarım milyon qanunsuz ev…»


Bakı yaxınlığında uçurulmuş qeyri-qanuni tikili. 6 avqust 2009
Bakı yaxınlığında uçurulmuş qeyri-qanuni tikili. 6 avqust 2009
«Bizim Yol»: Son illərdə paytaxtda qeyri-qanuni tikilən evlərin sayı artıb. Əvvəllər yerli bələdiyyələrin və icra hakimiyyətlərinin verdiyi sənədlər etibarlı sayılıb, daşınmaz əmlakların qanuni olması təsdiqlənirdisə son illərdə bu məsələ ciddi problemlər yaradır.

Bu vəziyyət nə qədər davam edəcək?

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov bildirdi ki, əgər torpaq dövlət mülkiyyətindədirsə və hansısa tikinti şirkəti iş aparırsa o torpaq tikinti şirkətinə icarəyə verilməlidir.

İqtisadçı Akif Nəsirli yetəri qədər qanuni bazası olmayan evlərin banklarda girov qoyula bilməməsi məsələsinə aydınlıq gətirdi: «Hazırda Azərbaycanda yarım milyondan çox qanunsuz tikili var. Həmin tikililərin dövlət qeydiyyatına alınması əlbəttə ki, vacibdir. Yarım milyon qanunsuz tikilinin sahibləri hərəsi 10 manat vəsait ödəsə bu 5 milyon deməkdir və sözsüz ki, əmlak vergisi verən xeyli sayda vətəndaşın olmasıdır. Belə bir problem dövlət büdcəsinə milyonlarla ziyan vurur. Digər tərəfdən isə həmin yaşayış evlərinin dövlət qeydiyyatına alınmamasında korporativ maraqlar var. Yəni burda bir tərəfdən vətəndaşların imkansızlığı, digər tərəfdən isə bundan istifadə edən məmurların korporativ maraqları əsas rol oynayır».

Memarlar Assosiasiyasının prezidenti, tanınmış memar Zemfira Budaqova da açıqlamasında bildirdi ki, son dövrlər tikilən hündürmərtəbəli binaların 5-6-sında şəhərsalmanın qayda-qanunlarına riayət olunub: «İstər şəhərin mərkəzi, istərsə də kənarında tikilən binalarda heç birində şəhərsalmanın tələbləri ödənilmir».

«Azadlıq»: «Bu gün öz işığıyla Məmməd Nazimoğlunun günü və işığıdı. Onun 50 yaşı bəlkə də bu təqvimdə - sentyabrın 28-də məhz Günəş öz şüalarını təxminən 50 dərəcə bucaq altında, çəpəki tərzdə mən oturan otağın pəncərəsinə səpələyib-sərələyərkən tamam oldu. Ona görə “bəlkə də” deyirəm ki, səhər, yoxsa axşam dünyaya göz açdığını bilmirəm. Onun doğum günü mənimçün başqa səbəbdən də müqəddəs gündü, amma bu yazıda o haqda heç nə yazmayacağam». Qurban Yaquboğlu «Ad günü və işığı» sərlövhəli köşə məqaləsində belə yazır.

«Düzünə qalsa, mən Məmməd Nazimoğlunun dostu yox, işçisi olmuşam. Biz tay-tuş deyildik, ömrünün sonuna kimi ona “Məmməd müəllim” və “siz” dedim. Ola bilsin, belə nəzakətli və yarı-rəsmi davranışdan xoşu gəlirdi deyə özümdə məhz onun xətrinə (bu sayaq müraciət əslində məni həmişə sıxır) bu müraciətə vərdiş yaratmışdım. Niyə xoşu gəlirdi sualının tamam yumşaq cavabı var. Məmməd müəllimin canında, varlığında böyük siyasətin, iyerarxik qanunlara söykənən rəsmi idarəçiliyin, ciddi və böyük məqsədlərin özü, yaxud işartıları vardı».

«Yeni Müsavat»: «Uzun sözün qısası, mən belə qənaətə (yəni əqidə sözünün bu mənasına) gəldim ki, bizim ölkədə əqidə yoxdur. Ya da flyuger kimi bir şeydir. Yəqin bilirsiniz, bu flyuger küləyin istiqamətini, bəzən isə sürətini ölçmək üçün qədim meteoroloji qurğudur. Adətən xristian ölkələrində dəbdə olub, evin damına indi də bəzək əşyası kimi vururlar. Həmin ölkələrdə bu flyugeri cürbəcür şəkillərdə düzəldirlər - xoruz, pişik, gəmi, ox və sairə fiquru şəklində. Ancaq ən geniş yayılanı xoruz fiqurudur. Bax problemin açarı da elə bundadır. Bizim ölkədə hər külək əsəndə əqidəsini dəyişənlər, yəni daha çox əqidəsizlər əqidədən hamıdan bərk danışır, adamın üstünə xoruzlanırlar. Onlar flyuger olmağın “xoşbəxtliyindən” həzz alırlar və əlbəttə ki, külək kimi azad olmağın həzzini anlamırlar. Bizim camaatın çox təəssüf ki, böyük hissəsində əqidə məhz bu cürdür, flyuger şəklində. Əqidəni tez-tez dəyişmək - bizdə əsas əqidə budur». Zamin Hacı «Baş ağrıdan əqidə»

«Yeni Azərbaycan»: «Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir». Bunun qəzetə müsahibəsində hakim partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

«Beynəlxalq aləmdə siyasi partiyaların müxtəlif formada birlikləri var. Asiya ölkələrinin də siyasi partiyalarını özündə birləşdirən bir qurumun olması zərurəti ortaya çıxıb və nəticədə bu təşkilat təsis edilib. ASPBK-nın I Baş Assambleyası 2000-ci ildə Filippinin paytaxtı Manila şəhərində keçirilib. Bu tədbirdə Asiya ölkələrindən 20 dövlətin 46 siyasi partiyası iştirak edib. İkinci tədbir Taylandın paytaxtı Bankoqda, III Baş Assambleya Çinin paytaxtı Pekində, IV Baş Assambleya isə 2006-cı ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilib. V Baş Assambleya 2008-ci ildə Pakistanda nəzərdə tutulsa da, «Mariot» otelində baş verən terror hadisəsi ilə əlaqədar olaraq tədbir 2009-cu ilə keçirilmişdi. Və bir neçə gün öncə Astanada baş tutan V Baş Assambleyada YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun başçılığı ilə partiyanın nümayəndə heyəti iştirak etdi».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG