Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

ABŞ Türkiyə və Ermənistana dəstəyini bildirib


ABŞ Türkiyə və Ermənistanı münasibətləri normalaşdırmaq planlarını irəliyə aparmağa çağırıb.

Amerika Dövlət katibi Hillari Klinton sentyabrın 28-də Nyu-Yorkda Ermənistan və Türkiyənin XİN-i ilə görüşüb.

Görüşdən sonra H. Klinton yenidən təkrarlayıb ki, ABŞ hər iki ölkə arasında münasibətlərin normalaşmasına güclü dəstək verir və Vaşinqton inanır ki, bu proses ilkin şərtlər olmadan və mümkün qədər tez baş verə bilər.

Rəsmilər bildirib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair razılaşmanın oktyabrın 10-da imzalanacağı gözlənilir.

Bu razılaşmanın qüvvəyə minməsi üçün isə onu hər iki ölkənin parlamenti təsdiqləməlidir.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqə yoxdur, sərhədlər 1993-cü ildən bağlıdır.

Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Ermənistanla sərhədləri açmayacağını deyirdi.
XS
SM
MD
LG