Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 11:56

Yuşenko Rusiyadan şahid istəyir


Ukrayna prezidenti Viktor Yuşenko Rusiyanı onun zəhərlənməsi ilə bağlı aparılan istintaqda çox vacib şahidlər olan üç adamı geri verməyə çağırıb.

2004-cü ildə bir yemək zamanı Yuşenko zəhərlənərək ölümcül vəziyyətə salınmışdı. Sonradan onun dioksin maddəsi ilə zəhərləndiyi məlum olmuşdu.

Dünən yerli telekanallardan birinə verdiyi müsahibəsində Yuşenko bildirib ki, artıq istintaq yekunlaşmaq üzrədir.

Keçən il Ukraynada prokurorlar şübhəlilərin kimliyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
XS
SM
MD
LG