İranın İnqilab Qvardiyası bu gün “Sicil” adlı iki uzaq mənzilli raketi sınaqdan keçirib.
Bu barədə xəbər yayan “Fars” xəbər agentliyi hələlik sınaqların nəticəsi barədə məlumat vermir.
Keşikçilər 2 min kilometr məsafəyə uçan “Şahab 3” raketlərini də sınaqdan çıxarıb.
Bundan əvvəl hərbçilər 300-700 kilometrdə hədəfləri vura bilən “Şahab 1” və “Şahab 2” raketlərini də sınadığını bildirib.
Sınaqdan keçirilən raketlərin müxtəlif çeşiddə başlıqlar daşıya bildiyini deyilir.
General Hüseyn Salami bildirib ki, sınaqlar İranın hər hansı hərbi təcavüzə hazır olduğunu göstərib.
Oktyabrın 1-də dünyanın altı güclü dövlətinin təmsilçilərinin İranın nüvə proqramını müzakirə edəcəklər. Bu raket sınaqları da həmin müzakirələr ərəfəsində keçirirlir.