Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:11

Bakıda İran vətəndaşlarının məhkəməsi başlayıb


Bakıda İran vətəndaşları Səməndəri Həmid Məhər oğlu, Rzayi Mirzabil Mirzəyar oğlu, Xurşudov Mirzabil Mirzəyar oğlu və Mirhəzərov Mirhani Mircəfər oğlu məhkəmə qarşısına çıxarılıb. Əcnəbilər İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələr gətirməkdə təqsirləndirilirlər.

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində aparılmış ibtidai istintaq yolu ilə müəyyən edilib ki, İran vətəndaşları bu il yanvar ayının 25-də «TT» markalı tapança, 10 kiloqram həşiş və 2,901 qram heroini sərhəddən gizli yolla İrandan Biləsuvar rayonu ərazisinə keçiriblər.

İranlı qaçaqmalçıların məqsədi silahı və narkotik vasitələri Bakıya gətirərək satmaq olub. Lakin onlar elə Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər. İş üzrə keçirilən hazırlıq iclasında məhkəmə baxışı oktyabrın 2-nə təyin olunub.
XS
SM
MD
LG