Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:13

Polşa və Fransa məşhur rejissorun azadlığa çıxması üçün birgə mübarizə aparacaqlar


Polşa və Fransa dünyaca məşhur rejissor Roman Polanskinin azadlığa çıxması üçün birgə mübarizə aparacaqlar. Roman Polanskini Amerikanın müraciəti əsasında İsveçrə polisi həbs edib.

Polşa mətbuatının yazdığına görə, ölkənin xarici işlər naziri Radek Sikorski deyib ki, fransalı həmkarı ilə birlikdə İsveçrə hökumətini çağıracaqlar ki, 76 yaşlı rejissoru azad etsinlər. Bundan başqa nazirlər Amerika prezidenti Barak Obamaya da rejissoru əfv etməklə bağlı müraciət edəcəklər.

Roman Polanski Fransa vətəndaşıdır. Onu 31 il əvvəl Amerikada həddi-buluğa çatmayan qızla əlaqədə ittiham edirlər və o vaxt barəsində həbs qərarı verilib. Rejissor 31 il qabaq Amerikanı tərk edəndən sonra həbsindən ehtiyat edərək çox səyahət etmirdi. İsveçrəyə o, film festivalında iştirak üçün gəlibmiş.

XS
SM
MD
LG