Əfqanıstan hökumətinin üzvü vəzifəsini tərk edəcəyi ilə bağlı təhdid irəli sürüb. Bu açıqlamaya onun maşınına bomba qoymaqla həyatına qəsd cəhdi səbəb olub. Energetika naziri İsmayıl Xanın maşını bazar günü Herat şəhərində partladılıb. Nazir xəsarət almasa da, Talibanın sifarişi ilə törədilən hadisə nəticədə 4 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hadisədən sonra nazir hökumətə müraciət edib ki, ölkədə sülh və təhlükəsizlik yaratmaqla bağlı aydın strategiya yaradılsın. Zorakılığın qarşısı alınmazsa, İsmayıl Xan hökuməti tərk edəcəyi ilə hədələyib.