Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 06:44

Angela Merkel seçkilərdə bir daha qalib gəldi


Almaniya seçiciləri kansler Angela Merkeli ölkənin ümumi seçkilərində bir daha qalib etdilər. Nəticələrə görə, onun Xristian-Demokrat partiyası səslərin 34 faizini qazanıb.

Rəqib Sosial Demokratlar isə 23 faiz səs toplaya biliblər. Bu, Sosial Demokratlar üçün İkinci Dünya Müharibəsindən bu yana ən pis nəticədir.

İndi xanım Merkelin bloku seçkilərdə səslərin az qala 15 faizini toplamış Azad Demokratlarla koalisya yaratmalı olacaq.

XS
SM
MD
LG