Keçid linkləri

2026, 06 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Əzizə Mustafazadə Avropada konsertlər verəcək

Hazırda Almaniyada yaşayıb yaradan bəstəkar-müğənni Əzizə Mustafazadə oktyabrın 2-də Vyanada “Honart“ festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edəcək.

Vyana „Akzent“ teatrında keçiriləcək konsertin təşkilatçısı “Candoo“ musiqi agentliyidir.

Ə.Mustafazadənin növbəti konsert proqramları Frayburq, Ştraubinq (Almaniya) və Antalyada (Türkiyə) baş tutacaq.

Qeyd edək ki, builki “Honart“ festivalı “Azərbaycanla dialoqda“ şüarı altında keçirilir
XS
SM
MD
LG