Rusiya İslam Komitəsinin sədri Heydər Camal ömründə ilk dəfə Azərbaycan dilində AzadlıqRadiosunun «İşdən sonra» proqramına müsahibə verib. Söhbət demokratiya, iqtisadi böhran, islamın indiki vəziyyəti haqda gedirdi:
- Dünya güclərinin «problemlərimizi birlikdə həll edək» çağırışı qlobal dəyişikliklərə təkan verə bilərmi?
- Mən cavab kimi bir xatirəmi söyləyim. Qırğızıstanda «lalə inqilabı»na 5 ay qalarkən bir forumda iştirak edirdim. Əsgər Akayev bir fikir dedi ki, «dünyada baş verənlər «yuxarı» və «aşağı»nın münaqişəsidir. Bu, qlobal və sosial konfliktdir. Bizə isə deyirlər ki, bu sivilizasiyalar konfliktidir. Bizi aldadırlar». Mən mat qaldım. Doğrudan da, əsas məsələ odur ki, son vaxtlar «ümumi iş fəlsəfəsi» dağılıb. Bu fəlsəfə 1945-ci ildən sonra kapitalizmin sosialist düşərgəsilə mübarizəsi zamanı yarandı. İdeya ondan ibarət idi ki, «ictimai yuxarı» və «ictimai aşağı» sinifləri yoxdur, hamımız böyük bir cəmiyyətik, xoşbəxtlik üçün mübarizə edirik, həmin yolda da qardaşıq. Belə oldu ki, bu fikir SSRİ dağılanda öz təsdiqini tapdı. Və sübuta yetdi ki, xoşbəxtliyə nail olmaq üçün hamımızın əməyi gərəkdir.
- Sovet sosializmi də vətəndaşların bərabər hüquqlu olduğunu təbliğ edirdi...
- Yıxılıb bu fikir. İndi aydındır ki, bu fəlsəfə fırıldaqçılıqdır. «Yuxarı»da oturanlar doğrudan da enmək istəmirlər. «Aşağı» siniflərin də «yuxarı»ya getmək üçün heç ümidi yoxdur. «Yuxarı» ilə «aşağı» arasında uçurum var. «Ümumi xoşbəxtlik» ideyası əslində gözdən pərdə asmaqdır. Bu ideya ancaq müəyyən bir müddət ərzində işləyir. Və başlayan böhran göstərdi ki, bitdi bu məsələ. İnsanlar artıq inanmırlar ki, ümumi yol ilə gedərək onlar ümumi xoşbəxtlik üçün çalışırlar. Adamlar Sovet vaxtına da inamı itiriblər, indisə qlobal dünyadakı liberalizmə də...
- Bəs nə qalır?
- Deməli, dörd oyunçu var - səssiz əksəriyyət, liberallar, radikallar və sünnətlilər. Liberallar indi uduzur. Bütün cəbhələrdə. Son illər bütün musiqini liberallar sifariş edirdilər. Vəziyyəti də belə hala saldılar ki, bəşəriyyət «seçki demokratiyası»na artıq inanmır.
Üzə sünnətlilər çıxır. Onlara hətta «dünya axundları» demək olar. Söhbət bütün konfessiyalardan gedir. Onlar elitaların arxasında duraraq ikincilərə məna verirlər. Sünnətlilər rəmzlərə inanırlar. Deyirlər ki, bu dünya o dünyanın rəmzidir. Bu günə qədər onlar yüz il əvvəl olduğu kimi, «Hilton» və sairlərin lobbisinə daxil olurlar, arxalarında qulluqçular timsah dərisində çantalarını daşıyırlar. Müharibə, inqilab, nə olursa-olsun, onların üstünə sanki yağış yağmır.
Başqa tərəfdən «radikallar» var. Onlar isə deyir ki, «belə olmaz. Quruluşumuzun bünövrəsində hansısa yanlışlıq, ədalətsizlik, zülm var. Bunu islah etmək lazımdır». Radikallara sırf siyasi islam aiddir. Digər konfessiyalar sünnətlilərin tərəfindədir.
Ortada susmuş əksəriyyət qalır. Onlar başa düşürlər ki, «həyat ziyafətində yaddırlar». Bunu isə izah edə bilmirlər. «Niyə» sualına cavab tapa bilmirlər. Hər atılan addımı isə özlərinə qarşı qəbul edirlər.
Siyasi islam səssiz əksəriyyətlə birbaşa danışa bilir. Sünnətlilər adi adamlara müraciət edə bilmirlər. Onlar vaxtilə zirvədə olanda nə təbliğatdan, nə də reklamdan istifadə edirdilər. «Aşağı» ilə ünsiyyət qurmurdular. Səssiz əksəriyyətlə ilk danışanlar liberallar oldu. Ətrafımızda da baş verənlər liberalların beyinlər uğrunda savaşıdır. «Sabun operaları» belə evdar qadınların beyinləri uğrunda müəyyən liberal qüvvələrin mübarizəsidir. Lakin liberallar səssiz əksəriyyətə nəyisə deyə bilmirlər. Liberalların şüuru isə yaxşı yaşayışdır...
- Kim bunu istəmir ki? Hər kəs yaxşı yaşamaq istəyir...
- (Gülür – Z.M.) Bu, başqa şeydir...Sensualistlər ən uğurlu fəlsəfə qrupu deyil. Burada mətləb çox qısadır. Yaxşı yaşayış mətləbi tez bitir. İkicə addımdan sonra çoxlu sayda suallar ortaya çıxır. Onlara da yaxşı yaşayış mətləbi cavab verə bilmir.
Axı başqa ideyalar da var. Hazırkı böhran iqtisadi deyil. Bu, ilk növbədə mənəviyyat böhranıdır. Əks-sədası iqtisadiyyat və başqa səhnələrdədir.
- Qərb demokratiya deyilən prosesi yaşayır. Onun içindədir. Sizcə «Şərqdə demokratiya mümkün deyil» deyənlər nə dərəcədə haqlıdırlar?
- ABŞ-ın «ata»larından birinin sözlərini xatırladım. Səhv etmirəmsə, o kəlməni ya Bencamin Franklin, ya da Avraam Linkoln deyib ki, «demokratiya - silahlı kişilərin razılaşma məkanıdır». Doğrudan da, ilk Amerika demokratiyası silah üstündə gəlib. Avropadan köçənlər hinduların torpaqlarını ələ keçirib, sonra da tapança ilə öz aralarında sözləşmə əldə etdilər. Bu cür demokratiya indi də var. Məsələn, Şimali Qafqazda. Müasir «çeçen demokratiyası» da belədir.
- O da demokratiyadır?
- Bəli, o da demokratiyadır, klanların demokratiyasıdır, birbaşa demokratiyadır. Mən öz gözlərimlə görmüşdüm. Məshədov Çeçenistanın rəhbəri olanda, sayılmayan, qəbul olunmayan əmir idi. Nəsə deyirdi. Səhra komandirləri isə onun sarayı qarşısında Məshədovla söhbətləşib nəyəsə narazılığını bildirirdilər. Deyirdilər ki, «Məshədov, belə olmaz. Sən sakit ol, çox asta hərəkət et. Biz qərarını qəbul etmirik». Bax bu demokratiyadır.
Seçki kampaniyaları, siyasi partiyaların rəqabəti, namizədlərin xalqa «boş» söz vermələri – bu, fırıldaqdır. Pərdə arxasında hamı piroqdan öz payını artıq alıb. Bəs bu nədir? Bu, demokratiyadır?
Məshədov nümunəsi çox aydın misaldır. Ona sərhədlərini bildirirdilər. Belə demokratiyanı Qərbdə görmürük. Orada mürəkkəb və çox bahalı bir maşın görürük – partiyalar, seçkilər…Bu, bir bəyannamələr bazarıdır. Orada «müxtəlif təravətli çox çeşiddə nərə balığı satılır».
- Ancaq vətəndaşlar məhz demokratik ölkələrdə - İsveçrə, Norveçdə yaşayışın yaxşı olduğunu görürlər...
- Əgər onların məqsədləri dovşan kimi yaşamaqdırsa, bəlkə o yaxşıdır. Amma, Norveçdə bir norveçlidən soruşsanız ki, «siz nədən ötrü yaşayırsınız, həyatda məqsədiniz nədir»...
- Cavab verə bilməyəcək?
-...Hətta anlamayacaq. Deyəcək ki, «sadəcə yaşayıram da, vəssalam». Əslində, adam özü özünə görə məqsəd deyil, o alətdir. Demokratiya tarixi baxımdan çox qısa müddətdə baş vermiş fenomendir.