Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:42

Fermanın həyətindən xəzinə tapdı


Xəzinə tarixi əhəmiyyətinə görə bu tipdən olan tapıntıları kölgədə qoyub
Xəzinə tarixi əhəmiyyətinə görə bu tipdən olan tapıntıları kölgədə qoyub
Hadisə Böyük Britaniyada baş verib. Terri Herbert adlı bir nəfər 18 illik axtarışlardan sonra nəhayət ki, fermanın həyətindən bir milyon altı yüz min dəyərində qızıl və gümüş əşyalar tapıb.

Herbert dəfinəni sadə quruluşlu metalaxtaranla tapıb.

Ekspertlərin ilkin qiymətləndirməsinə görə, xəzinə 7-ci əsrə, anqlo-saksların hakimiyyəti dövrünə aiddir.

Bu haqda yazını «New-York Times» qəzeti dərc edib.

Herbertin tapıntısı arxeoloqları heyran edib. Xəzinə tarixi əhəmiyyətinə görə bu tipdən olan tapıntıları kölgədə qoyub, alimlərin Anqlo-Saks krallığı haqda mülahizələrini dəqiqləşdirməyə dəstək olub.

Britaniya qanunlarına görə, hökumət Herbertə xəzinənin dəyərinin yarısı həcmində mükafat verəcək. Herbert deyib ki, bu pula özünə kürsülü bir ev alacaq.

«18 İLDİR MƏNƏ GÜLÜRLƏR Kİ, QƏPİK AXTARIRAM...»

Herbert Birmingem Muzeylər və İncəsənət Qalereyasında mətbuat konfransı keçirib, deyib ki, bu 18 ildə onu ələ salanlar çox olub, çox adam deyirmiş ki, o, bütün günü qəpik-quruş axtarmaqla məşğuldur:

«Mənim üçün çox maraqlıdır, həmin adamlar bu xəbəri eşidəndə nə edəcəklər?!».

Herbertin «dəfinəsi»nə üzəri nəfis naxışlarla işlənmiş qızıl və gümüş baş geyimləri, qılınclar, nizələr, naşı düzəldilmiş quş və heyvan maketləri daxildir.

Bu əşyalar Londondakı Britaniya muzeyində saxlanacaq, sonra da alimlərin tədqiqatına veriləcək. Məhkəmə elan edib ki, əşyaların sahibi Britaniya taxt-tacıdır, gözlənilir ki, krallıq əşyaları satışa çıxaracaq.

Britaniya qanunlarına görə, Herbert hökumətdən aldığı mükafatı fermanın sahibi ilə yarı bölməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG