Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:41

Münhen üzərindən uçmaq qadağan edildi


Almaniya hökuməti bu gün terror təhlükəsi səbəbi ilə pivə festivalı keçirilən Münhen şəhəri üzərindən bütün uçuşları qadağan edib.

Hər il keçirilən bu festivalda iştirak etmək üçün Münhün küçələrinə altı milyona yaxın adam toplaşır. Bu il tədbir sentyabrın 19-dan başlayıb.

Münhen üzrəindən uçuşlara qadağa festivalın sonuna – pktyabrın 4-ə qədər davam edəcək.

Son iki həftədə əl-Kaidə və Taliban terror təşkilatı video yayaraq Almaniyanı terrorla hədələyiblər. Onlar Almaniyadan hərbi qüvvələrini Əfqanıstandan çıxarmağı tələb edirlər.
XS
SM
MD
LG