Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Erməni alimlər prezidentin Türkiyə siyasətini bəyəndilər


Ermənistan Milli Elmlər Akademiyası Türkiyə ilə bu ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində hakimiyyətin atdığı addımları müdafiə edir. Dünən 150-dən çox alimlə Xarici İşlər naziri Eduard Nalbandyanın qapalı görüşündən sonra bu barədə məlumat verilib.

Akademiyanın prezidenti Radik Martirosyan alimlərin ölkə prezidenti Serj Sarkisyanın fəal xarici siyasətini müdafiə etdiklərini deyib. Onun ofisindən yayılan mətbuat üçün məlumatda qeyd edilir ki, Ermənistanın bütün prezidentləri Türkiyə ilə münasibətləri nizamlamağa çalışıblar. Amma bu işi yalnız indiki prezident Serj Sarkisyan bacara bilər.

Ermənistanda bir çox müxalifət təşkilatı Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin yaradılması, bu iki ölkə arasında sərhədlərin açılmasını nəzərdə tutan protokollara etiraz edirlər. Həmin protokollar oktyabrın əvvəlində Ermənistanda və Türkiyədə təsdiq üçün parlamentlərin müzakirəsinə çıxarılmalıdır.
XS
SM
MD
LG