Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Türkiyə parlamentinin rəhbəri protokolların keçməyəcəyini bildirdi


Ermənistala razılaşdırılan protokollar Türkiyə parlamentindən keçməyəcək. Bunu Türkiyə parlamentinin sədri Məhmət Əli Şahin bildirib.

Bakıda səfərdə olan spiker bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulması və bu iki ölkə arasında sərhədin açılmasını nəzərdə tutan iki protokol razılaşdırılıb. Həmin sənədlər yaxınlarda hər iki ölkənin parlamentində təsdiq üçün müzakirəyə çıxarılmalıdır.
XS
SM
MD
LG