Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Sincan zorakılığına görə 21 adam cəza alıb


Urumçidə iyul ayında baş verən zorakılıqlara görə 21 adam cəzalandırılıb.

Rəsmi informasiya agentliyi onların adam öldürmək, yanğınlar törətmək, soyğunçuluq etmək və əmlaka ziyan vurmaqda ittiham olunduqlarını bildirir.

Rəsmi məlumata görə zorakılığı törətməkdə ittiham olunan əsas səkkiz adamdan altısı uyğurdur.

Bu il iyulun 5-də Çinin əsasən müsəlman türklərin yaşadığı Sincan Uyğur Vilayətinin mərkəzi Urumçi şəhərində uyğurlarla xan çinlilər arasında toqquşmalar baş vermişdi. hadisələrdə rəsmi məlumata görə 197 adam həlak olub.
XS
SM
MD
LG