Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:58

Prezident xalqın müharibədən bezdiyini başa düşdüyünü deyir


Barak Obama ABŞ xalqının Əfqanıstandakı müharibədən bezginliyini başa düşdüyünü bildirir. Prezident deyir ki, o da Əfqanıstanda ölkəsinin düzgün strategiya aparıb-aparmadığını yoxlayır.

Obama Əfqanıstana yeni hərbi qüvvələrin göndərilməsi planlarına da ipucu verib. Əlavə qüvvələri Əfqanıstandakı hərbi qüvvələrin komandanı istəyib.

Prezident deyib ki, istənilən qərarının Əl-Kaidənin məğlub edilməsinə nə qədər yardım edəcəyinə tam əminliyi olmalıdır.
XS
SM
MD
LG