Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Həmsədrlər növbəti dəfə bəyanat verdi


ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər.

Bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Həmsədrlər danışıqların baza prinsipləri üzərində getdiyini bildirir. Eyni zamanda Dağlıq Qarabağ münasiqəşinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın əvvəlində regiona səfəri də müzakirə edilib.

Həmsədrlər hər iki tərəfi bəyanatlarında konstruktiv olmağa çağırıb.

Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə Kişinyovda MDB Sammiti çərçivəsində görüşəcək. Həmsədrlər prezidentlərin görüşünə hazırlıq üçün regiona gəlirlər.
XS
SM
MD
LG