Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 00:51

Jurnalistin maaşını kəsəndə…


Bu gün Ukraynanın Xarkov vilayətinin rəsmi qəzeti olan "Slobidskyj Kraj" ağ səhifələrlə çap olunub. Qəzetdə yalnız jurnalitlərin bəyanatı çap olunub.

Aksiyaya qoşulduğunu imzası ilə təsdiq edən jurnalistlər son beş ayda onların əməkhaqlarının verilmədiyini, buna etiraz olaraq, səhifələri ağ çap etdiklərini deyirlər.

Qəzetin baş redaktoru Volodymyr Revenko AzadliqRadiosunun müxbiri ilə söhbətində deyib ki, yerli hakimiyyət əvvəlcə onlara verdiyi subsidiyanı 30 % kəsmişdi. Sonuncu dəfə aldıqları pul isə heç kağıza və çap xərcinə çatmayıb.

"Slobidskyj Kraj" regionda Ukrayna dilində çap olunan yeganə qəzetdir. 1.4 milyon əhalisi olan regionda qəzet 32 000 tirajla çap olunurdu.
XS
SM
MD
LG