Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:54

Bin Ladenin yeni səsi yayılıb


Terrorçu Əl-Kaidə təşkilatının lideri Osama bin Ladenin səsi olduğu iddia edilən bir audioyazı yayılıb. Həmin səs Avropa ölkələrini öz hərbi qüvvələrini Əfqanıstandan çıxarmağa çağırır.

Cihadist saytlardan birində yayılan mesajda NATO-nun Əfqanıstandakı bombardmanlarında dinc sakinlərin qırılmasına görə Avropa məsuliyyət daşıyır. Ona görə də Əl-Kaidə zalımlara qarşı elə zalım üsullarla cavab verəcək.

Bu mesaj Almaniyada seçkiyə iki gün qalmış yayılır. Ötən həftə Əl-Kaidə alman dilində iki video da yaymışdı. Videoda almanlar öz hökumətlərini dəyişdirməyə və Əfqanıstandan Alman ordusunun çıxarılmasına çağırırlar.
XS
SM
MD
LG