Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 08:37

Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı


Prezident İlham Əliyev Bakı şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində aparılan abadlıq işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
XS
SM
MD
LG