Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 10:37

Amerikada avtobus sürücüsünü terrorçuluqda suçlayırlar


Amerikada aeroport avtobusunun sürücüsünü kütləvi qırğın silahının işlədilməsinə cəhd ittihamı ilə həbs ediblər. Onunla birlikdə atası və daha bir şəxs tutulub. Hər üç şəxs hər hansı terror planında əlləri olmadığını bildirirlər.

Müstəntiqlər isə mediaya bildiriblər ki, Nəcibulla Zazinin Denverdəki evində partlayıcı maddə hazırlamaq üzrə təlimat tapılıb.

Zazi 1999-cu ildən qanuni olaraq Amerikada yaşayır, ittihama görə, o, keçən il Pakistanda olarkən Əl-Qaidə düşərgəsində partlayıcı hazırlanması və silahdan istifadə üzrə təlim keçib.
XS
SM
MD
LG