Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:41

Günün-günorta çağı 4 milyon avroluq rəsm oğurlandı


Belçikada günün-günorta çağı muzeydən 4 milyon avroluq rəsm əsəri oğurlayıblar.

Rəsmin müəllifi sürrealist Rene Magritte-dir. Bu şəkil onun Brüsselin kənarında 20-ci əsrin birinci yarısında yaşadığı evdə saxlanırdı.

Bu, ev muzeyidir və ora ancaq əvvəlcədən razılaşdırıldığı halda girmək olur.

Amma iki nəfər muzeyə gələrək içəri keçmək icazəsi ala biliblər, sonra isə tapança ilə muzey işçilərini hədələyib “Olimpiya” adlanan rəsmi çərçivəsindən çıxarıb aparıblar.

Polis axtarışa başlayıb.
XS
SM
MD
LG