Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Azərbaycan və İsrailin xariici işlər nazirləri nədən danışıb?


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nyu-Yorka səfəri çərçivəsində sentyabrın 23-də nazir Elmar Məmmədyarov israilli həmkarı Aviqdor Liberman ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri, regional məsələlər müzakirə olunub.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib.

Görüşdə, həmçinin ABŞ-dakı Azərbaycan və yəhudi icmaları arasında əməkdaşlığın indiki vəziyyətinə və inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Həmin gün nazir E.Məmmədyarov Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner ilə görüşüb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını qeyd edən B.Ferrero-Valdner Aİ-Azərbaycan əməkdaşlığında energetika sektorunun əhəmiyyətini vurğulayıb. Komissar bildirib ki, Avropa Komissiyası Azərbaycan ilə assosiativ müqaviləni imzalamaq qərarını verib və bu yaxınlarda müvafiq mandat hazır olacaq.
XS
SM
MD
LG